“Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir. Cəmiyyət təhsilsiz inkişaf edə bilməz.”
— Heydər Əliyev
Kollecimiz Bakı Avrasiya Universitetinin Təsisçilər Yığıncağının 24.08.2018-ci il tarixli Q005-01/01 saylı qərarı ilə təsis edilmişdir. Kollecdə təhsil “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Orta İxtisas Təhsili Pilləsinin Dövlət Standartı və Proqramına” və Bakı Avrasiya Kollecinin Nizamnaməsinə uyğun olaraq tənzimlənir. Kollecdə təhsil ödənişli əsaslarla həyata keçirilir. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş tələbələr, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan,hərbi əmaliyyatlarla əlaqədar itkin düşən vətandaşların uşaqları olan tələbələr, I və II dərəcə əllilyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək olan tələbələr Kollecdə ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
Kollecə tələbə qəbulu Dövlət İmtahan Mərkəsi tərəfindən aparılır. Mövcud qanunvericiliyə uyğun olaraq Kollecə ümümi orta təhsilli və tam orta təhsilli şəxslər qəbul oluna bilərlər.
332 tələbəsi və 50 professor-müəllim heyəti olan Kollecimiz 2019/2020-ci ilk qəbul ilini 5 ixtisas üzrə uğurla tamamlamışdır.
Bizim məqsədimiz geniş dünyagörüşünə malik olan, milli dəyərləri qoruyan, müasir təfəkkürlü kadrlar hazırlamaqdır.
Sizləri də tezkliklə BAAK ailəsində görməyi arzulayırıq!