Şəxsi nümunəsi ilə təhsil alanlarda Azərbaycan Respublikasının müstəqilliyinə, Konstitusiyasına və qanunlarına, dövlət rəmzlərinə, Azərbaycan xalqının tarixinə, mədəniyyətinə, dilinə, adət və ənənələrinə, hörmət və qayğı hissləri aşılamaq;
Milli-mənəvi və ümumbəşəri dəyərləri qoruyan və inkişaf etdirən, geniş dünyagörüşünə malik olan, yenilikləri qiymətləndirməyi bacaran, nəzəri və praktiki biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli mütəxəssis-kadrlar hazırlamaq;
Sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsini və ixtisasın daim artırılmasını təmin etmək, təhsilalanları ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaq.
Dəyərlərimiz:
Təhsil sahəsinin və təhsil fəaliyyətinin açıqlığının genişləndirilməsi;
Milli təhsil sisteminin dünya təhsil sisteminə səmərəli formada qoşulması, uyğunlaşması əsasında inkişafı;