Tələbə Gənclər Təşkilatının əsas məqsədi dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində tələbələrin və ayrı-ayrılıqda hər bir tələbənin maraqlarını təmsil və müdafiə etmək, respublikanın ictimai-siyasi, mədəni, sosial, iqtisadi həyatında onların fəal iştirakını təmin etməkdir.
Təşkilatın əsas vəzifələri aşağıdakılardır:
- tələbələrin sosial problemlərinin həlli istiqamətində işin həyata keçirilməsi;
- tələbələr arasında maarifləndirmə işinin aparılması;
- tələbələrin asudə vaxtının səmərəli təşkil edilməsi;
- tələbələrin hüquqlarının təmin edilməsi;
- respublikanın daxilində və xaricində keçirilən müsabiqələrdə, olimpiadalarda, sərgilərdə, festivallarda istedadlı və yaradıcı tələbələrin iştirakının təmin edilməsi;
- tələbələr arasında narkomaniya, alkoqolizm, cinayətkarlıq, əxlaqsızlıq və digər neqativ meyllərə qarşı profilaktik tədbirlərin həyata keçirilməsi;
- tələbələrin iştirakı ilə müsabiqələrin, seminarların, festivalların, forumların, toplantıların, sərgilərin, aksiyaların, dəyirmi masaların, elmi konfransların, təlim kurslarının, kütləvi təbliğat kompaniyalarının, diskussiya klublarının, müzakirələrin, simpoziumların, görkəmli şəxslərlə görüşlərin təşkil edilməsi;
- tələbə və gənclərlə bağlı həyata keçirilən tədbirlər, habelə respublikanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında baş verən hadisələr barədə məlumatların çatdırılması məqsədi ilə qəzet və dərgilərin nəşr olunması;
- tələbələrin maraq və meyllərini, intellektual inkişafını təmin etmək üçün dərnəklərin, studiyaların, klubların, kursların, xidmətlərin təşkil edilməsi;
- tələbələrin problemlərinin öyrənilməsi və müvafiq qərarların qəbul olunması üçün təhsili müəssisəsinin rəhbərliyi qarşısında vəsadətin qaldırılması;
- təhsil alan tələbələrin sayı, onların dərsə davamiyyəti, nizam-intizamı, yataqxana ilə təminatı barədə aidiyyatı üzrə məlumatların alınması;
- qanunvericilikdə qadağan edilməyən digər vəzifələrin həyata keçirilməsi.