• Ak. H.Əliyev küç., 135A, Bakı, AZ1073
  • +994 12 564-92-70
  • info@baak.edu.az
EN RU TR

Bakı Avrasiya Kollecində (BAAK) 2019-2020–ci tədris ilinin açılış mərasimi və Bilik günü keçirilib. Tədbirdə kollecin kollektivi ilə yanaşı, Bakı Avrasiya Universitetinin rektoru, professor Nazim Hüseynli, ali məktəbin professor və müəllim heyəti, tələbələr, valideynlər iştirak ediblər.

BAAU-nun rektoru, professor Nazim Hüseynli yeni dərs ili münasibətilə tədbir iştirakçılarını təbrik edib, onlara uğurlar arzulayıb və tələbələri kollecin və universitetin yüksək təhsil potensialdan istifadə etməyə, mütəxəssis kimi yetişərək ölkəmizin inkişafına töhfə verməyə səsləyib. Sonra Bakı Avrasiya Kollecinin direktoru Aytən Hüseynova birinci kurs tələbələrini Bakı Avrasiya Kollecinə daxil olmaları münasibətilə təbrik edib. Direktor, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində həyata keçirilən səmərəli islahatlardan, o cümlədən, elm və təhsilin inkişafına göstərilən dövlət qayğısından danışıb.

Açılış mərasimində Bakı Avrasiya Universitetinin professor-müəllim heyəti də iştirak edərək eyniadlı kollecin yeni tədris ilinə başlaması münasibətilə təbriklərini çatdırıblar. Sonda, rektor Bakı Avrasiya Kollecinin açılış lentini kəsib.