• Ak. H.Əliyev küç., 135A, Bakı, AZ1073
  • +994 12 564-92-70
  • info@baak.edu.az
EN RU TR

Bakı Avrasiya Kollecinin "Ümumtəhsil və humanitar fənlər"FBK-nın tarix müəllimi Günel Bayramlının təqdimatında Xocalı faciəsinin 32-ci il dönümünə həsr olunmuş açıq dərs keçirilib.Açıq dərsdə tədris işləri üzrə direktor müavini Paşa Məmmədov, Tədris şöbəsinin müdiri Həyat Əliyeva, Ümumtəhsil və humanitar fənlər FBK-nın müdiri Samirə İsmayılova iştirak edib. 80 dəqiqə davam edən açıq dərsdə Xocalının coğrafi strateji mövqeyi, həmin dövrdə Qarabağın yeganə hava limanının Xocalıda olmasından, erməni vandallarının dinc əhaliyə etdiyi işgəncələrdən və Xocalıya qayıdışdan bəhs olunaraq, 1 dəqiqəlik sükutla yad olunub.