Qeydiyyat 09.09.2024-cü il tarixdən 17.09.2024-cü il tarixədək aparılır.
Qeydiyyat üçün https://portal.edu.az/ platformasında qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır.
Qeydiyyat üçün tələb olunan sənədlər
Təhsil haqqında sənədin (orta təhsili bitirənlər üçün tam orta təhsil haqqında attestat, orta ixtisas və ya ali təhsil müəssisələrini bitirənlər üçün diplom) əsli
Şəxsiyyət vəsiqəsinin surəti (əcnəbilər: şəxsi pasport və ya icazə vəsiqəsi; vətəndaşlığı olmayan şəxslər: şəxsiyyət vəsiqəsi və ya icazə vəsiqəsi)
Hərbi bilet, yaxud çağırış məntəqəsinə təhkim edilmə haqqında vəsiqənin surəti
3×4 ölçüdə 4 ədəd rəngli fotoşəkil
DİM müsabiqəsinin nəticələri
Sağlamlıq haqqında arayış
Təhsil haqqının ödəniş qəbzi
Sənədlər (tam orta təhsil haqqında attestat, orta ixtisas və ya ali təhsil müəssisələrini bitirənlər üçün diplom; hərbi bilet, yaxud çağırış məntəqəsinə təhkim edilmə haqqında vəsiqəsi; təhsil haqqı ödənişi qəbzi) https://portal.edu.az/ platformasında qeydiyyatdan keçərkən “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” sistemində yüklənməlidir. Sənədlərin əsli 15 sentyabr 2024-cü il tarixədək Kollecin Tədris şöbəsinə verilməlidir.
Təhsil haqqından azadolmalar və güzəştlər
Dövlət büdcəsi hesabına:
Valideyn himayəsindən məhrum olanlar;
Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqları olan tələbələr;
I və II dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar sırasından tələbələr;
Azərbaycan Respublikasının ərazi bütövlüyünün döyüş əməliyyatlarında iştirak etdiyinə görə Müharibə veteranı adı almış tələbələr;
Şəhid ailə üzvləri
Kollec hesabına
Bir ailənin 2 və daha çox övladı Kollecə qəbul olunduqda, qəbul olanların hər birinə illik təhsil haqqından 200 (iki yüz) manat məbləğində güzəşt olunur (bu imtiyaz qəbul olanların eyni müddətdə təhsil aldıqları növbəti tədris illərinə də şamil olunur)
Təhsil haqqı ödənişi üçün Kollecin bank hesab nömrəsi
Ünvan: Akademik H.Əliyev 135 A
VÖEN: 1504206421
Kapital Bank ASC-in Qara Qarayev filialı
Bankın VÖEN-i: 9900003611
Kod: 200145
H/H :AZ67AIIB40060019440422748114
M/H: AZ37NABZ01350100000000001944
S.W.İ.F.T. BİK AIIBAZ2X
Əlavə suallarla bağlı Kollecin Qəbul Komissiyasına müraciət edə bilərsiniz.
S/S |
Məsul şəxs |
Əlaqə telefonu |
1 |
Paşa Məmmədov |
+99470 575 97 15 |
2 |
Nəzrin Əlili |
+99451 963 55 33 |