Bakı Avrasiya Kollecinin (BAAK) bir qrup tələbəsi Azərbaycanda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) ziyarətçi kimi iştirak ediblər.
"Yaşıl Zona"nı ziyarət edən tələbələrimiz müxtəlif ölkələrin, yerli və xarici şirkətlərin guşələri ilə tanış olurblar. Onlar təqdim olunan ekoloji layihələr və innovativ həllərlə yaxından maraqlanaraq iqlim dəyişmələri mövzusunda biliklərini daha da artırıblar.
Qeyd edək ki, BAAK-da "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində COP29-a həsr olunmuş müxtəlif tədbirlərin təşkilinə xüsusi önəm verilib. Kollecdə iqlim dəyişikliyi, davamlı inkişaf və ekoloji məsuliyyət mövzularını əhatə edən seminarlar, müzakirələr və maarifləndirici layihələr həyata keçirilib.