• Ak. H.Əliyev küç., 135A, Bakı, AZ1073
  • +994 12 564-92-70
  • info@baak.edu.az
EN RU TR

Bakı Avrasiya Kollecində 8 Noyabr - Zəfər Gününə həsr edilmiş “Qələbənin səsi” adlı intellektual yarış keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və xalqımızın ümummilli lideri Heydər Əliyevin, eləcə də respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. BAAK-ın tədris işləri üzrə direktor müavini Paşa Məmmədov  çıxış edərək Zəfər Günü münasibətilə tələbələri təbrik edərək əlamətdar gün münasibətilə keçirilən intellektual yarışda uğurlar arzulayıblar. Açılış nitqlərindən sonra BAAK-ın Daxili keyfiyyət təıminatı və monitorinq sektorunun müdiri Sevinc Burzuyevanın moderatorluğu ilə tələbələrdən ibarət səkkiz komanda öz bilik və bacarıqlarını göstərərək Vətən müharibəsi, tarix, ümumi dünya görüşünə aid suallara cavab veriblər. Gərgin və həyacanlı keçən yarışın sonunda "Lions" komandası I yerin sahibi olub. 

Sonda qalib komanda diplom və medallarla, digər iştirakçılar isə sertifikatla təltif olunub.