Məzunlarla görüş…
BAAK-ın 2022-ci il məzunu, maliyyə üzrə mütəxəssis və pedaqoq Nəzrin İbrahimova kollecin “Maliyyə işi” ixtisası üzrə təhsil alan 2-ci kurs tələbələri ilə “Orta ixtisas təhsili ilə əmək bazarına atılacaq” addımlar mövzusunda seminar görüşü keçirib. Nəzrin İbrahimova, öz sahə təcrübəsindən bəhs edərək, tələbələrlə dəyərli biliklərini bölüşüb və onların suallarını cavablandırıb. Bu görüş tələbələr üçün həm ilham mənbəyi olub, həm də onların gələcək karyera planlarını daha aydın təsəvvür etməsinə kömək edib.