• Ak. H.Əliyev küç., 135A, Bakı, AZ1073
  • +994 12 564-92-70
  • info@baak.edu.az
EN RU TR

Bakı Avrasiya Kollecində Heydər Əliyevin Anım Gününə Həsr Olunmuş İntellektual Oyun

Ulu öndər Heydər Əliyevin anım günü münasibətilə Bakı Avrasiya Kollecinin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə maraqlı və rəqabətli intellektual oyun keçirilib.

Tələbələrin bilik və bacarıqlarını nümayiş etdirdiyi bu yarışda iştirakçılar Heydər Əliyevin həyatı, siyasi fəaliyyəti və Azərbaycan tarixini əhatə edən suallarla yadda qalan performans göstəriblər. Oyun, gənclərin tariximizi daha dərindən öyrənməsinə və liderlik keyfiyyətlərini inkişaf etdirməsinə töhfə verib.

Sonda qalib komandalar fəxri fərmanlar və hədiyyələrlə təltif olunublar.

 Heydər Əliyev irsi - Azərbaycan gəncliyinin ilham mənbəyidir!