Bakı Avrasiya Kollecinin Əməkdaşları Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Təlimində
Bakı Avrasiya Kollecinin əməkdaşları Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən təşkil olunan təlimdə iştirak ediblər.
Təlim zamanı təhsil müəssisələrində keyfiyyət təminatı, tədris prosesinin səmərəliliyinin artırılması və müasir yanaşmaların tətbiqi kimi mövzular müzakirə edilib. Bu, əməkdaşlarımızın peşəkar bilik və bacarıqlarını daha da inkişaf etdirməyə, eləcə də tədris keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verəcək.
Keyfiyyətli təhsil - güclü gələcəyin təməlidir!