• Ak. H.Əliyev küç., 135A, Bakı, AZ1073
  • +994 12 564-92-70
  • info@baak.edu.az
EN RU TR

Bakı Avrasiya Kolleci üçün əlamətdar hadisə baş verib – kollecin yeni tədris binası rəsmi şəkildə istifadəyə verilib. Müasir təhsil standartlarına uyğun olaraq inşa edilən yeni bina tələbələrə yüksək səviyyəli tədris mühiti və rahat infrastruktur təqdim edir.

Yeni kampusda geniş və işıqlı dərs otaqları, müasir texnologiyalarla təchiz olunmuş kompüter mərkəzi, zəngin kitabxana, eləcə də tələbələr və kollecin inzibati-akademik heyəti üçün nəzərdə tutulmuş rahat və geniş yeməkxana fəaliyyət göstərir. Yaradılan müasir şərait tələbələrin tədris prosesində daha aktiv iştirakına, peşəkar bilik və bacarıqlarını inkişaf etdirməsinə imkan yaradır.

Yeni binanın istifadəyə verilməsi Bakı Avrasiya Kollecinin təhsil sahəsindəki inkişaf strategiyasının mühüm mərhələlərindən biri olmaqla, gələcəkdə daha yüksək keyfiyyətli və səmərəli təhsil mühitinin formalaşmasına xidmət edəcək.

📍 Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi 45A