"> ?>
Bakı Avrasiya Kollecində Panda School və Ellin MMC şirkətlərinin təsisçisi və direktoru - Elvin Dadaşsoyun tələbələrlə görüşü baş tutdu.
Kollecimizdə baş tutan bu görüş maraqlı və yaddaqalan anlarla yadda qaldı. Spiker gənclərlə səmimi ünsiyyət quraraq öz biznes təcrübəsini, bilik və tövsiyələrini bölüşdü, real uğur hekayələri üzərindən vacib məqamları diqqətə çatdırdı.
Görüş fəal diskussiya şəraitində keçdi. Tələbələr müxtəlif mövzularda suallar ünvanladılar, fikir mübadiləsi apardılar və real həyat təcrübəsinə əsaslanan əhatəli cavablar əldə etdilər. Müzakirələr zamanı şəxsi inkişaf, motivasiya, məqsədlərin düzgün müəyyənləşdirilməsi və uğura aparan yol barədə dəyərli fikirlər səsləndirildi.
Tədbirin sonunda təlimçi tərəfindən tələbələrə hədiyyələr təqdim olundu. Bu xoş jest görüşün daha da yaddaqalan olmasına səbəb oldu və iştirakçılar tərəfindən böyük məmnuniyyətlə qarşılandı.
Belə görüşlər tələbələrimizin dünyagörüşünün genişlənməsinə, motivasiyasının artmasına və gələcək hədəflərinə daha inamla addımlamalarına mühüm töhfə verir.