Bakı Avrasiya Kolleci və İATM-ın birgə təşkilatçılığı ilə “Gələcəyin Gənc Mühasibləri” adlı forum keçiriləcək.

Forumda Kollecin tələbələri, xüsusilə "Mühasibat uçotu" və "Maliyyə işi" ixtisası üzrə təhsilalan gənclər iştirak edərək peşəkar karyera yolunun ilk addımlarını daha inamlı şəkildə ata biləcəklər. Tədbirin əsas məqsədi tələbələri real iş mühiti, müasir maliyyə və mühasibatlıq trendləri, eləcə də əmək bazarının tələbləri ilə yaxından tanış etməkdir.

Forumun dəyərli qonaqları sırasında:

  • Radil Fətullayev – İATM-ın direktoru

  • Aqil Səfərov – İATM Training MMC-inin direktoru

  • Nail Mikayılov – İATM Karyera Mərkəzinin rəhbəri

 

Çıxışlar zamanı iştirakçılara karyera planlaması, beynəlxalq sertifikat proqramları, praktik biliklərin əhəmiyyəti və gənc mühasiblər üçün mövcud imkanlar barədə ətraflı məlumat veriləcək.

Forum tələbələrin peşəkar inkişafına töhfə verməklə yanaşı, onların gələcək əmək bazarına daha hazırlıqlı daxil olmalarına dəstək olacaq.