Bakı Avrasiya Kollecində “Gələcəyin Gənc Mühasibləri” Forumu 

Bakı Avrasiya Kolleci və İqtisadi Araşdırmalar Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə “Gələcəyin Gənc Mühasibləri" forumu uğurla baş tutdu.

Tədbirdə Kollecin "Mühasibat uçotu" və "Maliyyə işi" ixtisası üzrə təhsilalan tələbələri fəal iştirak etdilər. Forumun əsas məqsədi gənclərin nəzəri biliklərini praktik istiqamətdə inkişaf etdirmək, onları real iş mühiti və karyera imkanları ilə tanış etməkdir.

Tədbirin fəxri qonaqları – İATM-ın direktoru Radil Fətullayev, İATM Training MMC-inin direktoru Aqil Səfərov və İATM Karyera Mərkəzinin rəhbəri Nail Mikayılov çıxış edərək müasir əmək bazarının tələbləri, beynəlxalq sertifikatların rolu, peşəkar inkişaf yolları və karyera strategiyaları barədə dəyərli fikirlərini bölüşdülər.

Çıxışlar zamanı tələbələrin sualları cavablandırıldı, real iş təcrübəsi və karyera planlaması ilə bağlı praktik tövsiyələr verildi. Görüş interaktiv müzakirə formatında keçərək iştirakçılar tərəfindən böyük maraqla qarşılandı.

Forum tələbələrin gələcək peşə fəaliyyətinə motivasiya qazandırmaqla yanaşı, onların əmək bazarına daha hazırlıqlı və rəqabətqabiliyyətli mütəxəssis kimi formalaşmasına mühüm töhfə verdi.