Tələbələrimizi “Zəfərin sədası” adlı bədii və intellektual tədbirə dəvət edirik!
44 günlük Vətən müharibəsində qazanılmış şanlı Zəfərə həsr olunmuş “Zəfərin sədası” adlı bədii və intellektual tədbir keçiriləcəkdir.
Tədbirin proqramı
1. Tədbir bədii hissə ilə başlayacaqdır. Proqram çərçivəsində:
Musiqi nömrələri
Rəqs kompozisiyaları
Tələbələrin əl işlərindən ibarət sərgi təqdim olunacaqdır.
Sərgidə nümayiş etdirilən əl işləri münsiflər heyəti tərəfindən qiymətləndiriləcək, ən uğurlu və yaradıcı işlərin müəllifləri mükafatlandırılacaqlar.
2. Bədii hissədən sonra tədbir intellektual yarışla davam edəcəkdir.
İştirak şərtləri:
Komandalar 5 nəfərdən ibarət olmalıdır.
Komandalar əvvəlcədən qeydiyyatdan keçməlidir.
Yarış zamanı iştirakçılar müxtəlif mövzular üzrə bilik və məntiq bacarıqlarını nümayiş etdirəcəklər.
Qalib komandalar sertifikat və fəxri fərmanlarla təltif olunacaqlar.
Bütün tələbələri bu əlamətdar tədbirdə fəal iştirak etməyə və Zəfərimizin sədasını birlikdə yaşatmağa dəvət edirik!