BAAK-da “Konstitusiya və Suverenlik ili” mövzusunda açıq dərs təşkil olundu.

Maarifləndirici və interaktiv formatda təşkil olunan dərsdə tələbələr dövlətin əsas hüquqi sənədi olan Konstitusiyanın mahiyyəti, hüquqi qüvvəsi və cəmiyyət həyatındakı rolu barədə ətraflı məlumat əldə etdilər.

Açıq dərs zamanı suverenlik anlayışının dövlətçilik ənənələrində yeri, milli iradənin ifadə forması kimi əhəmiyyəti və müasir dövrdə onun qorunmasının vacibliyi geniş şəkildə izah olundu. Tələbələrə Azərbaycan Respublikasının Konstitusiyasının qəbul olunma tarixi, əsas prinsipləri və dövlət hakimiyyətinin bölgüsü mexanizmi barədə məlumat verildi. Bildirildi ki, suverenlik dövlətin müstəqilliyini, ərazi bütövlüyünü və daxili məsələlərini sərbəst şəkildə həll etmək hüququnu ifadə edir.

Dərs çərçivəsində müzakirələr aparılıb, tələbələrin sualları cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi həyata keçirilib. İnteraktiv yanaşma gənclərin hüquqi biliklərinin artırılmasına və vətəndaşlıq mövqeyinin formalaşmasına mühüm töhfə verib.