Bakı Avrasiya Kollecində ÜTÜ (Ünsiyyətin Təkmilləşdirilməsi Üsulları) Qrupunun təşkilatçılığı ilə “İctimai çıxış və Natiqlik sənəti” mövzusunda təlim keçirilib.

Təlim ÜTÜ Qrupunun təsisçisi Zaur Cahangirov tərəfindən aparılıb. Zaur bəy çıxışı zamanı ictimai nitqin əsas prinsipləri, auditoriya ilə effektiv ünsiyyətin qurulması, həyəcanın idarə olunması və təsirli təqdimat bacarıqları barədə ətraflı məlumat verib. Onun real təcrübələrə əsaslanan nümunələri və dinamik təqdimatı iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

İnteraktiv formatda təşkil olunan təlim zamanı tələbələr praktik tapşırıqlar yerinə yetirib, qısa çıxışlar edərək öyrəndiklərini tətbiq etmək imkanı qazanıblar. Sessiya çərçivəsində iştirakçıların sualları cavablandırılıb, fərdi tövsiyələr səsləndirilib.

Tədbirin sonunda təlimçi tərəfindən tələbələrə xüsusi hədiyyə təqdim olunub və bu kimi maarifləndirici təlimlərin davamlı olaraq təşkil ediləcəyi vurğulanıb. Xatirə şəkili çəkilib.