Bakı Avrasiya Kollecində tələbələrin əmək bazarına daha hazırlıqlı şəkildə daxil olmalarına dəstək məqsədilə “İş müsahibəsində necə fərqlənmək olar?” mövzusunda maarifləndirici seminar keçirilmişdir.
Seminarın qonağı qismində Dövlət Turizm Agentliyinin Azərbaycan Turizm Bürosunda İnsan Resursları Departamentinin direktoru Kəmalə Hüseynova çıxış etmişdir.
Kəmalə Hüseynova təqdimatında iş müsahibəsində uğur qazanmaq üçün ən real strategiyaları və praktik tövsiyələri iştirakçılarla bölüşmüşdür. Bildirilmişdir ki, düzgün hazırlanmış və strukturlaşdırılmış CV namizədin ilk təəssüratını formalaşdırır və onu digər namizədlərdən fərqləndirən əsas amillərdəndir. CV-nin qısa, konkret və nəticəyönümlü hazırlanmasının vacibliyi xüsusi vurğulanmışdır.
Seminar zamanı müsahibədə özünü inamla təqdimetmə, bədən dili və ünsiyyət bacarıqlarının rolu, çətin suallara peşəkar cavab vermə üsulları, eləcə də işəgötürənlərin diqqət yetirdiyi əsas məqamlar ətraflı izah edilmişdir. Qonaq spiker real təcrübəyə əsaslanan nümunələr təqdim edərək işə qəbul prosesində diqqət çəkən üsulları və namizədlərin tez-tez buraxdığı səhvləri açıqlamışdır.
Tədbir interaktiv formatda keçmiş, tələbələrin sualları cavablandırılmış və karyera planlamasında məqsədyönlü inkişafın əhəmiyyəti vurğulanmışdır