İnnovativ yanaşmaların və rəqəmsal texnologiyaların tətbiqinə xüsusi önəm verən təhsil müəssisəmizdə növbəti uğurlu layihə – BAAK Robot istifadəyə verilib. Layihə İKT müəllimlərinin peşəkar dəstəyi və tələbələrin fəal iştirakı sayəsində reallaşdırılıb.
BAAK Robot layihəsinin əsas məqsədi tələbələrə gündəlik motivasiya mesajları, hava proqnozu və vacib məlumatları operativ şəkildə təqdim etməkdir. Bu təşəbbüs tələbələrin həm informasiya əldə etmə bacarıqlarını artırır, həm də onların rəqəmsal savadlılığının inkişafına töhfə verir.
Layihənin ərsəyə gəlməsində İKT müəllimlərinin və bir qrup tələbənin əməyi xüsusi qeyd olunmalıdır. Kollec rəhbərliyi hər zaman yeni ideyaları dəstəkləyərək yaradıcı təşəbbüslərin həyata keçirilməsi üçün əlverişli şərait yaradır. Müəllimlərin və tələbələrin səyləri yüksək qiymətləndirilir və bu kimi layihələrin davamlı olacağı vurğulanır.
BAAK Robot layihəsi tələbələrin bilik və bacarıqlarının inkişafına xidmət edən innovativ addım kimi dəyərləndirilir.
Sonda layihənin ərsəyə gəlməsində əməyi olan müəllim və tələbələr təltif edilərək mükafatlandırılıblar.