Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 oktyabr 2020-ci il tarixli "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər barədə" qərarına əsasən 02 noyabr 2020-ci il tarixdən Bakı Avrasiya Kollecində tədrisin distant formada təşkil olunmasına qərar verilmişdir.
Tələbənin tədris prosesindəki distant fəaliyyəti https://psp.baak.biz.ua/ tələbə idarəetmə vasitəsi ilə təmin edilir. Sisitemə daxil olmaq üçün tələbələr şəxsiyyət vəsiqəsinin Fərdi İdentifikasiya Nömrəsindən ( FİN kod) və tələbə kodundan istifadə etməlidirlər.
Qeyd: Telefon: (+99412) 564 63 67 (daxili nömrə:145)