Bakı Avrasiya Kollecində əcnəbi tələbələrin iştirakı ilə Xocalı soyqırımına həsr olunmuş maarifləndirici dərs keçirilmişdir.

Dərs zamanı 1992-ci il fevralın 26-da Xocalı şəhərində baş vermiş faciəli hadisələr haqqında ətraflı məlumat verilmiş, bu hadisənin Azərbaycan xalqının tarixində ən ağır və faciəli səhifələrdən biri olduğu vurğulanmışdır.

Görüş çərçivəsində əcnəbi tələbələr mövzu ilə bağlı fikir və mülahizələrini bölüşmüş, müzakirələrdə fəal iştirak etmişlər. Tələbələrin mövzuya maraq göstərməsi və fəallığı xüsusi olaraq qeyd olunmuşdur.

Tədbirin keçirilməsində əsas məqsəd əcnəbi tələbələri Azərbaycanın müasir tarixi ilə daha yaxından tanış etmək, Xocalı soyqırımı haqqında məlumatlılığı artırmaq olmuşdur.