Bakı Avrasiya Kolleci və Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə tələbələr üçün maarifləndirici görüş keçiriləcəkdir.

Görüş zamanı iştirakçılar şəxsi brendinqin formalaşdırılması, onun karyera yolunda rolu və peşəkar inkişaf üçün vacib olan praktiki yanaşmalar haqqında faydalı məlumatlar əldə edəcəklər.

Tədbirdə mövzu ilə bağlı çıxışı “Zidd” kitabının müəllifi, təlimçi Orxan Şahbaz edəcək. Spiker şəxsi brendin qurulması, özünü doğru şəkildə təqdim etməyin yolları və gələcək karyerada uğur qazanmaq üçün vacib məqamlar barədə öz təcrübəsini iştirakçılarla bölüşəcək.