Bakı Avrasiya Kollecində sosial media marketinqi üzrə mütəxəssis Akifə xanımın iştirakı ilə “Sosial mediadan şüurlu istifadə və rəqəmsal məsuliyyət” mövzusunda maarifləndirici görüş keçiriləcəkdir.
Görüş zamanı tələbələrə sosial şəbəkələrdən düzgün və təhlükəsiz istifadə yolları, yanlış paylaşımlardan uzaq olma prinsipləri və fərdi rəqəmsal məsuliyyət barədə faydalı məlumatlar təqdim olunacaq.
Tədbirin məqsədi tələbələrdə şüurlu sosial media istifadəsi bacarıqlarını inkişaf etdirmək, rəqəmsal məkanda etik davranışın əhəmiyyətini vurğulamaqdır.
Tarix: 10.03.2026
Məkan: Bakı Avrasiya Kolleci Akt zalı