Bakı Avrasiya Kollecində sosial media marketinqi üzrə mütəxəssis Akifə xanımın iştirakı ilə “Sosial mediadan şüurlu istifadə və rəqəmsal məsuliyyət” mövzusunda maarifləndirici görüş baş tutdu.
Tədbir zamanı tələbələr sosial şəbəkələrdən düzgün və təhlükəsiz istifadə yolları, yanlış və yanlış yönləndirici paylaşımlardan uzaq olma prinsipləri, həmçinin fərdi rəqəmsal məsuliyyət barədə faydalı məlumatlar əldə etmişlər.
Görüşün əsas məqsədi tələbələrdə şüurlu sosial media istifadəsi bacarıqlarını inkişaf etdirmək və rəqəmsal məkanda etik davranışın əhəmiyyətini vurğulamaq olmuşdur.
Tələbələrin mövzuya göstərdikləri maraq və aktiv iştirakı tədbirin səmərəliliyini bir daha təsdiqləmişdir.