Bakı Avrasiya Kolleci və  Tələbə Gənclər Təşkilatı tərəfindən “Beyin fırtınası” adlı intellektual yarış baş tutub. Yarışın keçirilməsində əsas məqsəd tələbələrin intellektual inkişafına dəstək olmaq, onların dünyagörüşünü genişləndirmək, komanda şəklində işləmək bacarıqlarını artırmaq və tələbələr arasında sağlam rəqabət mühiti formalaşdırmaq olub.

Yarış zamanı iştirakçılar müxtəlif mövzuları əhatə edən suallar üzrə bilik və bacarıqlarını nümayiş etdiriblər. Komandalar arasında maraqlı və gərgin mübarizə şəraitində keçən yarış tələbələr tərəfindən böyük maraqla qarşılanıb.

Sonda yarışda fərqlənən iştirakçılar diplom və təşəkkürnamələrlə təltif olunublar.