Bakı Avrasiya Kollecində Novruz Bayramına həsr olunmuş "Baharın Nəfəsi" adlı möhtəşəm tədbir baş tutub. Tədbir dövlət himni ilə başlayıb, ardınca şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Tədbirin açılış nitqini tədris işləri üzrə direktor müavini Paşa Məmmədov çıxış edərək, Novruzun əhəmiyyətini və kollecdə bu bayramın qeyd olunmasının milli dəyərlərimizi yaşatmaq baxımından vacibliyini vurğulayıb.
Mərasimdə Novruzun ənənələrini əks etdirən bir çox maraqlı anlar yaşanıb. Saz ifası, tələbələrin rəqsləri nümayiş olunub, həmçinin, Novruz bayramının simvolları olan kosa və keçəlin obrazları canlandırılıb. Bununla yanaşı, Qarabağ atlarının yürüşü və tonqalın yandırılması kimi adət-ənənələr tədbirə daha da möhtəşəm bir hava qatdı.