Bakı Avrasiya Kolleci Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə keçiriləcək xüsusi bir tədbirdə şəxsi büdcənin düzgün planlaşdırılması və vəsaitlərin səmərəli bölüşdürülməsi haqqında faydalı və praktiki məlumatlar əldə edə biləcəksiniz.       Tədbirin spikeri, maliyyə sahəsində təcrübəli mütəxəssis Fərhad Pərvizi, şəxsi maliyyə idarəçiliyi ilə bağlı əhəmiyyətli tövsiyələr verəcək və gündəlik həyatda tətbiq edilə biləcək praktik üsulları iştirakçılarla paylaşacaq.

   Bu görüş, xüsusən gənclər üçün şəxsi büdcə idarəçiliyini öyrənmək və maliyyə savadını artırmaq istəyənlər üçün unikal bir fürsət olacaq.

   Tədbirə qatılmaqla, şəxsi maliyyə sahəsindəki biliklərinizi genişləndirə və gələcəkdə daha sağlam maliyyə qərarları qəbul etmək üçün vacib biliklər əldə edə bilərsiniz.