Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kafedra müdiri, professor Qəzənfər Süleymanov və Kitabxana İnformasiya Mərkəzinin müdiri Səlahət Mahmudova Bakı Avrasiya Kollecinin kitabxanasına tələbələrin bilik səviyyəsinin artırılması məqsədilə bir sıra kitablar hədiyyə ediblər.

   Keçirilən görüşdə Kollecin kitabxana müdiri Ofelya Quliyeva və ixtisas təcrübə rəhbəri Esmira Kazımova da iştirak ediblər. Görüş çərçivəsində tələbələrin elmi resurslara çıxış imkanlarının genişləndirilməsi, müasir ədəbiyyatla təminatın gücləndirilməsi və kitabxana fondunun zənginləşdirilməsinin əhəmiyyəti vurğulanıb.

     Qeyd olunub ki, bu cür təşəbbüslər tələbələrin bilik və dünyagörüşünün inkişafına mühüm töhfə verir, onların peşəkar hazırlıq səviyyəsinin yüksəldilməsində xüsusi rol oynayır.