Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, dosent Loğman Abdullayev, Biznesin idarəedilməsi kafedrasının müdiri, dosent Qalib Hüseynov, Kitabxana-İnformasiya Mərkəzinin müdiri Leyla Allahverdiyeva, və Bakı Avrasiya Kollecinin müdiri Ofelya Quliyevanın iştirakı ilə görüş keçirilmişdir.
Görüş zamanı kitabxana-informasiya xidmətlərinin təkmilləşdirilməsi, qarşılıqlı əməkdaşlıq imkanlarının genişləndirilməsi və oxucular üçün yeni elmi resursların əlçatanlığının artırılması məsələləri diqqət mərkəzində olub.
Görüşün sonunda Bakı Avrasiya Kollecinin kitabxana fonduna bir sıra kitablar hədiyyə edilib. Bu təşəbbüsün tədris və elmi fəaliyyətin gücləndirilməsinə töhfə verəcəyi qeyd olunub.