ÜTÜ Qrupun təsisçisi və natiqlik təlimçisi Zaur Cahangirov tərəfindən inzibati heyəti üçün “Emosional zəka ilə mübahisələrin idarə olunması” mövzusunda təlim keçirilib.

Təlim zamanı iştirakçılarla effektiv ünsiyyət, empatiya və mübahisələrin konstruktiv şəkildə idarə olunması üzrə praktiki yanaşmalar ətrafında geniş müzakirələr aparılıb. İnteraktiv formatda təşkil olunan sessiyada real iş mühitində tətbiq oluna biləcək metod və alətlər təqdim edilib.

Qeyd edək ki, bu kimi inkişafyönümlü təşəbbüslər təşkilat daxilində sağlam əməkdaşlıq mühitinin formalaşmasına, eləcə də güclü və çevik idarəetmə mədəniyyətinin möhkəmləndirilməsinə mühüm töhfə verir. İnteraktiv görüşün sonunda sertifikatlar təqdim olundu.