“Atəşgah” Sığorta Şirkətinin Pərakəndə Satışların İnkişafı Departamentinin şöbə müdiri Eltac İsmayılov və Sığorta məsləhətçilərinin hazırlanması üzrə aparıcı mütəxəssis Murad Nəzərov tədbir çərçivəsində çıxış edəcəklər.
Görüş zamanı iştirakçılar sığorta agentinin gündəlik fəaliyyəti, iş prosesləri və peşəkar bacarıqları ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər. Tədbirin əsas məqsədi tələbələrə real iş mühiti barədə praktik biliklərin çatdırılması və onların peşəkar inkişafına dəstək göstərilməsidir.
Qeyd edək ki, bu cür maarifləndirici görüşlər gənclərin əmək bazarına hazırlığının artırılması və ixtisas üzrə biliklərinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.