• Ak. H.Əliyev küç., 135A, Bakı, AZ1073
  • +994 12 564-92-70
  • info@baak.edu.az
EN RU TR

Bəşər tarixinə qanlı iz salmış, təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı yönəlmiş Xocalı qətliamından bizi 29 il zaman məsafəsi ayırır. İlk online dərslər Xocalı faciəsinə həsr olunub. Bakı Avrasiya kollecinin tədris şöbəsinin müdiri Abbasova Ofelya tədbiri açaraq bildirib ki, fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələrinin, MDB-nin Xankəndidə yerləşən 366-cı alayının hərbiçiləri tərəfindən törədilmiş Xocalı soyqırımı və erməni məkrli siyasətinin qanlı cinayətləri yaddaşımızdan heç vaxt çıxmayacaq. Çünki Xocalıda baş verənlər təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyil, bütöv bəşəriyyətə qarşı yönəldilən qanlı cinayətdir. Bu kütləvi qırğında yüzlərlə insan vəhçicəsinə qətlə yetirilib, yandırılıb və girov götürülüb.

Qeyd edək ki, online formada dərslər bütün qruplar üzrə keçirilib.