Bakı Avrasiya Kollecində Sumqayıt Dövlət Universitetinin (SDU) “Biznesin idarə edilməsi” kafedrasının professoru, iqtisad elmləri doktoru, UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, “Tərəqqi” medalı ilə təltif olunmuş Şəfa Əliyevlə görüş keçirilib. Görüşdə kollecin inzibati heyəti, müəllimlər və tələbələr iştirak ediblər.

 Görüş zamanı professor Şəfa Əliyev Azərbaycanın müasir iqtisadi mənzərəsi, xüsusilə nəqliyyat-logistika potensialı barədə ətraflı məruzə ilə çıxış edib. O, strateji infrastruktur layihələrinin ölkə iqtisadiyyatına təsirlərini vurğulayaraq, Ələt Azad İqtisadi Zonasının regionun mühüm sənaye mərkəzinə çevrilmə perspektivlərindən danışıb.

 Müzakirələrdə Zəngəzur dəhlizinin reallaşdırılmasının ölkəmizin tranzit imkanlarının genişlənməsinə, beynəlxalq ticarət əlaqələrinin inkişafına və regional inteqrasiyaya verəcəyi töhfələr xüsusi qeyd olunub.

Eyni zamanda, görüşdə aşağıdakı mövzular ətrafında fikir mübadiləsi aparılıb:

   Naftalan nefti: Spesifik xüsusiyyətləri və turizm-iqtisadi əhəmiyyəti;

   Sumqayıt sənayesi: Şəhərdə tekstil sənayesinin inkişaf istiqamətləri.

Sonda professor tələbələrə tövsiyələrini verərək, onları gələcəkdə logistika və nəqliyyat sahəsində innovativ layihələr, rəqəmsal həllər və ixrac yönümlü istehsal modelləri üzərində çalışmağa səsləyib.