Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Bakı Avrasiya Kolleci, Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqı (ATGTİ) və “Böyük Qayıdış” Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Qarabağ” adlı tədbir keçirilib.
Tədbirdə Bakı Avrasiya Kollecinin Tədris işləri üzrə direktor müavini Paşa Məmmədov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Rövşən Muradov, Azərbaycan Respublikasının Gənclər Fondunun əməkdaşı Seyfur Hacımuradov, “Böyük Qayıdış” Gənclər Təşkilatının sədri Ayxan Allahverdiyev və Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqının Proqram Meneceri Bəxtiyar Quluzadə çıxış edərək, ümummilli lider Heydər Əliyevin dövlət quruculuğu sahəsindəki fəaliyyətindən və Qarabağ naminə yürütdüyü uzaqgörən siyasətin əsas istiqamətlərindən, eyni zamanda müasir gəncliyin üzərinə düşən vəzifələrdən danışıblar.