Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Bakı Avrasiya Kolleci, Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqı (ATGTİ) və “Böyük Qayıdış” Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr ounmuş “Heydər Əliyev və Qarabağ” adlı tədbir keçiriləcək.

Tədbirin keçirilməsində məqsəd gənclər arasında dövlətçilik dəyərlərin təbliği, Ümummilli Lider Heydər Əliyevin Qarabağ məsələsinə dair strateji yanaşmasının gənc nəslə çatdırılmasıdır.