Bakı Avrasiya Kollecinin İqtisadiyyat və İdarəetmə Fənn Birləşmə Komissiyasının müəllimi Esmira Kazımovanın təşkilatçılığı ilə tələbələr Akademik Milli Dram Teatrında Xalq yazıçısı İlyas Əfəndiyevin eyniadlı əsəri əsasında hazırlanmış “Xurşidbanu Natəvan” tamaşasını izləmək imkanı əldə etmişlər.

Azərbaycan ədəbiyyatının görkəmli simalarından olan Xurşidbanu Natəvanın həyat və yaradıcılığı tamaşaçılara yüksək peşəkarlıqla təqdim edilmişdir. Səhnə əsəri tələbələr tərəfindən böyük maraqla qarşılanmışdır.

Tamaşanın sonunda tələbələr səhnə arxasında əsas rolların ifaçıları — Xalq artisti Məleykə Əsədova, Əməkdar artist Anar Heybətov və digər aktyor heyəti ilə görüşmüş, xatirə şəkilləri çəkdirmişlər.

Qeyd edək ki, tələbələrin bu cür sosial-mədəni tədbirlərdə iştirakı onların dünyagörüşünün və estetik zövqünün formalaşmasına mühüm töhfə verir.