Bakı Avrasiya Kollecinin Ümumtəhsil və Humanitar Fənn Birləşmə Komissiyasının sədri Samirə İsmayılovanın təşəbbüsü ilə Beynəlxalq Arxivlər Gününə həsr olunmuş maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə qonaq qismində Azərbaycan Respublikası Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin Komplektləşdirmə, idarə arxivləri və kargüzarlıq şöbəsinin müdiri Xatirə Vəliyeva və Arxiv işinin təşkili, Monitorinq və Beynəlxalq əlaqələr şöbəsinin baş məsləhətçisi Gülnar Təhməzli iştirak etdilər.
Görüş zamanı arxiv işinin əhəmiyyəti, sənədlərin qorunması, tariximizin gələcək nəsillərə ötürülməsində arxiv sənədlərinin rolu barədə ətraflı məlumat verilmişdir. Tələbələr tərəfindən mövzu ilə bağlı müxtəlif maraqlı suallar səsləndirilmiş, qonaqlarımız hər bir sualı ətraflı şəkildə cavablandıraraq,tələbələrlə faydalı müzakirələr etdilər.
Tədbirin keçirilməsində əsas məqsəd tələbələrdə arxiv işi sahəsinə marağın artırılması, bu istiqamətdə maarifləndirici biliklərin formalaşdırılması olmuşdur.