Bakı Avrasiya Kollecinin Tələbə Gənclər Təşkilatı Cinema Klubunun təşkilatçılığı ilə tələbələr üçün “Əhməd haradadır?” filminin nümayişi təşkil olunub.

"Ekran vaxtı" zamanı tələbələr maraqlı və yaddaqalan kino nümunəsini izləyərək  vaxtlarını səmərəli keçirmiş, eyni zamanda filmin verdiyi mesajlar ətrafında fikir mübadiləsi aparmışlar.

Layihənin məqsədi tələbələrin asudə vaxtının səmərəli təşkili, Azərbaycan milli kinosunun təbliği və tələbələrin milli-mədəni dəyərlərlə daha yaxından tanış olmasına şərait yaratmaqdır.

Tələbələrin mədəni və sosial fəaliyyətlərdə aktiv iştirakının təmin olunması istiqamətində bu cür tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.