Bakı Avrasiya Kollecinin müəllimi Esmira Kazımovanın təşkilatçılığı ilə kollecin tələbələri Ağcabədi rayonunda yerləşən “Atena” MMC olublar.

   Təşkil olunan görüş çərçivəsində tələbələr zavodun fəaliyyəti, süd məhsullarının hazırlanma prosesi və istehsalat mərhələləri ilə yaxından tanış olublar. “Atena” MMC əməkdaşları tələbələri səmimi şəkildə qarşılayaraq onlara müəssisədə tətbiq olunan texnoloji prosesslər, təhlükəsizlik qaydaları və keyfiyyətə nəzarət prosesi barədə ətraflı məlumat veriblər.

    Tələbələrlə görüşdə Əməliyyatların idarə olunması üzrə direktor Rüfət Teymurov, İnsan Resursları üzrə inzibati işlər üzrə baş mütəxəssis Elşad Bəhrəmli, SƏTƏM üzrə mühəndis Xaliq Cavadzadə, Daxili nəzarət şöbə müdiri Roman İsgəndərov, İstehsalat şöbə müdiri Ülfət Əsədov və Keyfiyyət və laboratoriya üzrə rəhbər Elman Cəbrayılzadə iştirak edərək zavodun fəaliyyəti haqqında geniş təqdimat ediblər.

 Görüşdə Bakı Avrasiya Kollecinin Tədris işləri üzrə direktor müavini Paşa Məmmədov, müəllim Esmira Kazımova, İnformasiya texnologiyaları sektorunun mütəxəssisi Vüsal Yusifbəyli və kollecin 1 ci kurs tələbələri iştirak ediblər.

Sonda Bakı Avrasiya Kolleci tərəfindən müəssisə əməkdaşlarına təşəkkürnamələr və xatirə hədiyyələri təqdim olunub.