Bakı Avrasiya Kollecində Ümumtəhsil və Humanitar Fənn Birləşmə Komissiyasının müəllimi Azadə Nəzirovanın təşkilatçılığı ilə 28 May – Müstəqillik Günü və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının ildönümünə həsr olunmuş maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, dövlətçilik ənənələri, milli azadlıq ideyaları və müstəqilliyimizin tarixi əhəmiyyəti haqqında ətraflı məlumat verilmişdir.
Çıxışlarda Azərbaycan Xalq Cümhuriyyətinin Şərqdə ilk demokratik Respublika olduğu və xalqımızın dövlətçilik tarixində mühüm yer tutduğu vurğulanmışdır.
Tələbələr tərəfindən hazırlanan təqdimatlar iştirakçılar tərəfindən maraqla qarşılanmış, mövzu ətrafında fikir mübadiləsi aparılmışdır.
Maarifləndirici tədbir tələbələrin tariximizə, milli-mənəvi dəyərlərimizə və dövlətçilik ənənələrimizə marağının artırılması baxımından xüsusi əhəmiyyət kəsb etmişdir.