Bakı Avrasiya Kolleci və WeFinix Academy-nin birgə təşkilatçılığı ilə “Maliyyədə Aİ” mövzusunda maarifləndirici və interaktiv tədbir keçirilib.

Tədbirin əsas məqsədi tələbələri süni intellektin maliyyə sahəsində tətbiqi, yeni imkanlar və gələcəyin peşələri ilə tanış etmək olub. İştirakçılar maliyyə sektorunda innovativ həllər, rəqəmsal transformasiya və Aİ texnologiyalarının biznes proseslərinə təsiri barədə ətraflı məlumat əldə ediblər.

Tədbirdə WeFinix Academy-nin direktoru və maliyyəçi-analitik Şəhla Abdulla, həmçinin DSGN21 Agency-nin mütəxəssisi Səməd Rəhimov çıxış edərək öz bilik və təcrübələrini iştirakçılarla bölüşüblər.

Görüş ərzində tələbələrin sualları cavablandırılıb, maraqlı fikir mübadiləsi aparılıb və gənclərin yeni texnologiyalara marağının artırılmasının əhəmiyyəti vurğulanıb.

Dəyərli əməkdaşlığa görə WeFinix Academy komandasına təşəkkür edir, tələbələrimizə gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.