Bakı Avrasiya Kollecində II kurs əyani və III kurs qiyabi ixtisaslarda təhsil alan tələbələrlə istehsalat təcrübəsinin təşkili və keçirilməsi ilə bağlı maarifləndirici görüş keçirilib.
Görüş zamanı tələbələrə təcrübənin keçirilməsi qaydaları, təcrübə gündəliklərinin düzgün yazılması, hesabatların hazırlanması və qiymətləndirmə meyarları barədə ətraflı məlumat verilib.
Eyni zamanda, tələbələr təcrübə rəhbərləri ilə tanış olub, təcrübə keçəcəkləri müəssisələr və təcrübə bazaları haqqında məlumatlandırılıblar.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb, onlara istehsalat təcrübəsində uğurlar arzulanıb.
Qeyd olunub ki, təcrübə müddətində əldə ediləcək bilik və bacarıqlar tələbələrin peşəkar inkişafına töhfə verəcək, gələcək karyera həyatlarında uğurlu fəaliyyət göstərmələri üçün mühüm rol oynayacaqdır.