Bakı Avrasiya Kollecində təkrar orta ixtisas təhsili almaq istəyən şəxslər üçün qəbul elan olunur.

Əgər artıq orta ixtisas təhsili almısınızsa və yeni bir peşəyə yiyələnmək, əmək bazarının tələblərinə uyğun bilik və bacarıqlar qazanmaq və ya fəaliyyət sahənizi genişləndirmək istəyirsinizsə, təkrar orta ixtisas təhsili almaq imkanından yararlana bilərsiniz.

Təhsil müddətində tələbələr seçdikləri ixtisas üzrə həm nəzəri biliklərə, həm də praktik bacarıqlara yiyələnəcək, peşəkar inkişaf üçün zəruri kompetensiyalar əldə edəcəklər. Müasir tədris proqramları və ixtisaslı müəllim heyəti təhsilalanların keyfiyyətli təhsil almasına şərait yaradır.

Yeni ixtisas əldə etmək, karyera imkanlarınızı genişləndirmək və peşəkar inkişafınıza töhfə vermək üçün sənəd qəbulunda iştirak etməyə dəvət edirik.

Ətraflı məlumat  üçün :+994774115286