Bakı Avrasiya Kollecinin Sığorta işi ixtisası üzrə sonuncu kurs tələbələri Əliyeva Əfşan və Mirzəyeva Gövhər istehsalat təcrübələrini uğurla başa vuraraq “Atəşgah Sığorta ASC” şirkətində Sığorta məsləhətçisi vəzifəsinə işə qəbul olunublar.

 

   Tələbələrimizi bu uğurları münasibətilə ürəkdən təbrik edir, peşəkar fəaliyyətlərində davamlı nailiyyətlər və yeni uğurlar arzulayırıq.

 

   Bakı Avrasiya Kolleci olaraq tələbələrimizin əmək bazarında qazandıqları uğurlarla qürur duyur, onlara gələcək karyeralarında bol nailiyyətlər arzulayırıq.