Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.05.2021-ci il tarixli 129 nömrəli qərarına əsasən Azərbaycan Respublikası təhsil müəssisələrində normativ təhsil müddətində ödənişli əsaslarla əyani təhsil alan və sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin 2020/2021-ci tədris ilinin yaz semestri üçün təhsil haqqı xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikasının Təhsil Nazirliyi https://e-telebe.edu.az elektron portalı vasitəsi ilə sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsinə dair müraciətlərin qəbulunu 19 may 2021-ci il tarixindən aktivləşdirir.
Qeyd:
2020/2021-ci tədris ilinin payız semestri üçün təhsil haqqı xərcləri dövlət tərəfindən ödənilməsi həyata keçirilən tələbələrin 2020/2021-ci tədris ilinin yaz semestri üçün təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi ilə bağlı https://e-telebe.edu.az elektron portalına müraciət etmələri tələb olunmur. Həmin tələbələrin 2020/2021-ci tədris ilinin yaz semestri üçün sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olması statusu elektron informasiya sistemi tərəfindən avtomatik rejimdə yoxlanılacaq, hüququ olan tələbələr üçün təhsil haqqı xərcləri Kollecə ödəniləcək və bu barədə tələbələrə SMS məlumat göndəriləcəkdir.
Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olmasına baxmayaraq sistemə müraciət etməyən və ya bu statusu yeni əldə edən tələbələr 2020/2021-ci tədris ilinin yaz semestri üçün təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi ilə bağlı https://e-telebe.edu.az elektron portalına mütləq qaydada müraciət etməlidirlər.
ttps://e-telebe.edu.az elektron portalı vasitəsi ilə müraciətlərin qəbulu 07.06.2021- ci il tarixidək aktiv olacaqdır.