Bakı Avrasiya Kolleci və Bakı Avrasiya Kolleci Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə “27 Sentyabr: Zəfərə gedən yol” adlı tədbir keçiriləcək.
Tədbir 27 Sentyabr – Anım Gününə həsr olunub. Tədbirin əsas məqsədi Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsini ehtiramla yad etmək, onların göstərdikləri şücaət və fədakarlığı gənc nəslə çatdırmaq, tələbələr arasında vətənpərvərlik hisslərinin və milli-mənəvi dəyərlərin təbliğinə töhfə verməkdir.
Tarix: 25 sentyabr 2026-cı il
Saat: 10:30
Məkan: Bakı Avrasiya Kolleci, Akt zalı
Tədbirdə şəhidlərimizin əziz xatirəsi yad ediləcək, Vətən müharibəsinin tarixi əhəmiyyəti və Zəfərə aparan yol haqqında çıxışlar səsləndiriləcək.
Şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla anırıq!