11 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün II tur üzrə ixtisas seçimi keçirilir.

Abituriyentlər 23 sentyabr – 27 sentyabr 2026-cı il saat 23:59-dək ixtisas seçimlərini həyata keçirə bilərlər.

Abituriyentlərə ixtisas seçimləri zamanı diqqətli olmaları və müəyyən edilmiş müddət ərzində seçimlərini tamamlamaları tövsiyə olunur.

Bütün abituriyentlərə ixtisas seçimində uğurlar və gələcək təhsil həyatlarında nailiyyətlər arzulayırıq!