25 sentyabr 2026-cı il tarixində 27 Sentyabr – Anım Günü ilə əlaqədar Bakı Avrasiya Kollecinin bir qrup tələbəsinin iştirakı ilə Zəfər abidəsinə yürüş və ziyarət təşkil olunub.

  Ziyarətin keçirilməsində əsas məqsəd Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsini yad etmək, onların göstərdikləri qəhrəmanlıq və fədakarlığı tələbə-gənclərin diqqətinə çatdırmaq, eləcə də gənclərdə vətənpərvərlik və milli-mənəvi dəyərlərə bağlılıq hissini gücləndirmək olub.

  Yürüşdə Bakı Avrasiya Kollecinin tələbələri ilə yanaşı, Bakı Avrasiya Kolleci Tələbə-Gənclər Təşkilatının ictimaiyyətlə əlaqələr üzrə sədr müavini Elmira Amirova da iştirak edib.

Ziyarət zamanı tələbələr Zəfər abidəsinin önünə gül dəstələri qoyaraq Vətən uğrunda şəhid olmuş qəhrəmanların əziz xatirəsini dərin ehtiramla yad ediblər.

  Bakı Avrasiya Kolleci şəhidlərimizin əziz xatirəsini daim dərin ehtiramla yad edir, onların Vətən qarşısındakı xidmətlərini və göstərdikləri qəhrəmanlığı gənc nəslə çatdırmağı özünün mənəvi borcu hesab edir.