Bakı Avrasiya Kolleci Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə tələbələrin sahibkarlıq sahəsində bilik və bacarıqlarının artırılması, eləcə də onların biznes quruculuğuna marağının təşviq edilməsi məqsədilə “Sıfırdan biznes qurmaq: İdeyanın reallaşdırılması yolları” mövzusunda tədbir keçiriləcək.

Tədbirin qonağı Sakit Səmədov olacaq. Görüş çərçivəsində biznes ideyasının formalaşdırılması, onun real layihəyə çevrilməsi və uğurlu biznesin qurulmasının əsas mərhələləri barədə müzakirələr aparılacaq, iştirakçılarla fikir və təcrübə mübadiləsi həyata keçiriləcək.

Tədbirin tələbələrin sahibkarlıq düşüncəsinin inkişafına, yeni ideyaların formalaşdırılmasına və biznes sahəsində biliklərinin genişləndirilməsinə töhfə verməsi nəzərdə tutulur.